“Report” xəbər verir ki, bu, Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi “Roma” ilə görüşdə baş verib. Ağdam komandasının heyətində Pedro Enrike fərqlənib. Braziliyalı yarımmüdafiəçi qarşılaşmanın 28-ci dəqiqəsində hesabı 1:2 edib.
Bu, həm də Azərbaycan təmsilçisinin ÇL-in qrup mərhələsində vurduğu ilk qol kimi tarixə düşüb.
Qeyd edək ki, “Roma” ilə görüş “Qarabağ”ın avrokuboklarda 43-cü ev oyunudur.