Azərbaycan Premyer Liqasında VII turun oyunlarının bütün təyinatları açıqlanıb. Fanat.Az saytının məlumatına görə, “Qarabağ”la “Zirə” arasında keçiriləcək mərkəzi oyunu Rauf Cabbarov idarə edəcək.

Sabah baş tutacaq "İnter" - "Kıpəz" oyununda ədaləti Ömər Paşayev qoruyacaq. "Qəbələ" - "Kəpəz" oyununda İnqilab Məmmədov iş başında olacaq. Şənbə günü keçiriləcək "Səbail" - "Sumqayıt" matçını isə Ramil Diniyev idarə edəcək.


29 sentyabr

16:00. “İnter” – “Neftçi”

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Əli Hüseynov

“İnter Arena”


18:30. “Qəbələ” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu


30 sentyabr

18:00. “Səbail” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

“Dalğa Arena”


1 oktyabr

18:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Tofiq Bəhramov adına Respublika Stadionu


Fanat.Az