Həssas dərili xanımlar üçün

Həssas dəriyə sahib olan xanımlar, bu maska ilə dərini təmizləyə və canlandıra bilərsiniz.

Metbuat.az xəbər verir ki, gil maskaları məsamələri sıxlaşdırır. Dərini canlandırır, ləkələrin açılmasını təmin edir. Həmçinin, sızanaqların meydana gəlməsinin qarşısını alır. Gil maskaları müxtəlifdir. Bu dəfə çəhrayı gil maskasından bəhs edəcəyik .

Çəhrayı gil maskası dərini qıcıqlandırmadan təmizləyir. Dərini təmizləyərkən, eyni zamanda nəmlənməsini təmin edir. Qan dövranını sürətləndirdiyindən dərinizin canlı və parlaq olmasına yardımçı olur.

Maskanın hazırlanması çox sadədir. İstədiyiniz qədər gili və suyu qarışdırın. Yatmazdan əvvəl üzünüzə tətbiq edi. 15-20 dəqiqə saxlayıb yuya bilərsiniz. 

Aysel Yaqubqızı / Metbuat.az

Sızanaqların müalicəsində ən keyfiyyətli üsul - Xanımlar, DİQQƏT!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR