"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko deyib.
"Prezident Kerçensk körpüsünün tikintisindən dəymiş ekoloji ziyana görə RF-ni məhkəməyə verməyə tapşırıb", - Tseqolko "Twitter"də yazıb.
Bununla belə o, Poroşenkonun hansı məhkəməyə müraciət etdiyini qeyd etməyib.
Qeyd edək ki, Ukrayna tərəfi Azov dənizində suyun kimyəvi tərkibinin dəyişəcəyindən ehtiyat edir.