Oğurluqda həbs edilən şəxsin yeni əməlləri ortaya çıxıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ruslan İsmayılovun ətrafında Sumqayıt ŞPİ –nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyul-avqust ayları ərzində 3 bağ evindən və 2 avtomobildən məişət əşyaları, inşaat materialları və avtomobil üçün ehtiyat hissələri oğurlaması, habelə 1 bağ evindən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.