Bakı. 2 oktyabr. REPORT.AZ/ Futbol üzrə Türkmənistan və Kurasao milli komandalarının heyəti açıqlanıb. "Report"un məlumatına görə, "Səbail"in futbolçularından Elman Taqayev Türkmənistan, Ayron Stati isə Kurasao milli komandasının heyətinə dəvət olunub.
Türkmənistan yığması oktyabrın 10-da Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində Aşqabadda Sinqapur milli komandasının qəbul edəcək. Kurasao isə hazırlıq matçında səfərdə Qətər yığması ilə üz-üzə gələcək.