"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, 64 yaşlı Stiven Paddok 32-ci mərtəbədən kütlənin üzərinə atəş açıb, yaralıların sayı 500 nəfəri keçib.
İŞİD terror təşkilatı hücumun məsuliyyətini üzərinə götürüb.
Xatırladaq ki, oktyabrın 2-nə keçən gecə Las-Veqasda "Route 91" kantri-musiqi festivalı zamanı silahlı şəxs mehmanxananın eyvanından insan izdihamını atəşə tutub. Bu, ABŞ tarixində ən ölümcül atışma hadisəsi olub.