Paytaxtın mərkəzindən Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən 205 nömrəli avtobus saat 20:00-dan sonra fəaliyyət göstərmir.

Metbuat.az bildirir ki, bu barədə sərnişinlər redaksiyamıza müraciət ediblər. Bildirilib ki, hava qaraldıqdan sonra sözügedən avtobusu tapmaq qeyri-mümkündür.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, məsələni dəqiqləşdirmək üçün daşıyıcı agentliyə çağrılacaq. Yayınmalar varsa, buna yol verən sürücü və dispetçerlə bağlı tədbir görüləcək.

Maştağa sakinləri təbii qaz üzünə həsrət qalıb - "Azəriqaz" isə deyir ki... - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ