Epilyasiyaya getmədən tüklərdən xilas olun

Arzuolunmaz tüklərdən xilas olmaq üçün xanımlar kremlərdən, ağrılı epilyasiya prosedurlarından istifadə edir.

Metbuat.az bildirir ki, ev şəraitində də tüklərdən xilas olmaq mümkündür.

Bu məqamda köməyinizə sarımsaq gələcək. Bir neçə diş sarımsağı əzib suyunu çıxarın. Tüklər tökülənə qədər gündə 3-4 dəfə yarım saat ərzində dəridə saxlayın. Sonra yuyub nəmləndirici tətbiq edin.

Daha bir üsula görə, bir şorba qaşığı sodanı 200 ml qaynar suya qatıb qarışdırın. Qarışıq soyuduqdan sonra pambıqla tük olan yerlərə tətbiq edin. Daha sonra yaxalayıb nəmləndirici tətbiq edin. Müalicəni 2-3 dəfə tətbiq etdikdən sonra tüklərin azaldığını görəcəksiniz.

Aysel Yaqubqızı / Metbuat.az

https://metbuat.az/news/801047/sac-tokulmesinin-qarsisini-alan.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR