“Maşın” realiti şousunun yubiley buraxılışının ilk
səsvermə prosesi keçirilib.
Publika.az xəbər verir ki, “Xanımlar vs Cənablar” devizi
ilə yayımlanan yarışmanın birinci günündə ən çox şəkli atılan
iştirakçı Əməkdar artist Mehriban Xanlarova olub.
Ehtiraslı çıxışları ilə seçilən sənətçi “Burada onuncu kişi mənəm”
deyərək, qutuya öz fotosunun atılmağını xahiş edib:
“Mən kişilərə təklif etdim ki, gəlin biriniz səsverməyə çıxın.
Onlardan səs çıxmadı, mən “kişi” çıxdım”.
M.Xanlarova açıq mübarizə nümayiş etdirərək, doqquz kişiyə qarşı
yarışıb. Əməkdar artist həmcinslərindən dəstək istəməyib.
Veriliş boyunca Mehriban Xanlarova və Vüqar Muradov arasında söz
deyişməsi yaşanıb. Xanlarova iddia edib ki, Vüqar ona “Məni
çıxarsan, başına 130 kiloluq daş düşsün” deyib.
Şou zamanı Vüsalə Kərimovanın əlini maşından götürməsi ilə bağlı
iddialar səslənsə də, kameralara baxış zamanı belə bir hadisənin
baş vermədiyi üzə çıxıb.
Sonda Əməkdar artist “qalsın”a 52,72 faiz səs toplayaraq,
yarışmadan müğənni Vüqar Muradovu kənarlaşdırıb.
Qeyd edək ki, “Maşın” realiti şousunun 15-ci mövsümündə yarışmada
qalanlar Xalq artisti Arif Quliyev, Əməkdar artistlər Tünzalə
Əliyeva, Mehriban Xanlarova, müğənnilər Xatun Əliyeva, Günel
Ələkbərova, Rauf Əhmədov, Talıb Taleh, Nazim Pişyari, aparıcılar
Vüsalə Əlizadə, Vüsalə Kərimova, Zemfira Adıgözəlova, meyxanaçılar
Samirə Yusifqızı, Vüqar Əbdülov, reper Elşad Xose, jurnalist
Ülviyyə Alovlu və aktyor İlkin Misgərlidir.
Realiti şou hər gün 22.15-də ATV-də yayımlanır.
Pərviz Hüseyn
