Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
Eyni zamanda "MDB dövlətlərinin hava-kosmik müdafiə məsələlərin həlli üzrə birgə hava hücumundan müdafiə sistemlərinə adaptasiyasının əsas istiqamətləri layihəsi" üzrə razılıq əldə olunub.
Bundan savayı, "Korrupsiyaya qarşı mübarizədə ölkələr arasında əməkdaşlıq konsepsiyası layihəsi" və "Terrorizm və ekstremizmin digər zorakı təzahürləri, habelə onların maliyyələşdirilməsinə qarşı mübarizədə informasiya mübadiləsi barədə saziş layihəsi" razılaşdırılıb.
Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak edib.