“Lavrov planı”na RƏQİB, məxfi MÜHARİBƏ PLANLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
227 baxış·5 dəq oxu
Viza problem Türkiyə və ABŞ arasında münasibətləri
getdikcə gərginləşdirir. Azad Suriya Ordusu və Türkiyə Silahlı
Qüvvələri Suriyanın İdlib vilayətində əməliyyatları davam etdirir.
Türkiyədə dövlət çevrilişinə növbəti cəhdin olacağı barədə
xəbərdarlıqlar edilir. Hakerlər Cənubi Koreyada Şimali Koreya ilə
genişmiqyaslı müharibə planlarını oğurlayıb.
Oktyabrın 11-də Soçidə MDB dövlət başçılarının
sammiti olacaq. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin
iştirak edəcəyi də gözlənilir.
İndi əsas gözlənti prezidentlərin Soçidə görüşüb-görüşməməsidir.
Çünki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin
yekunu ilə bağlı bəyanatda qeyd etdilər ki, prezidentlər
danışıqların davamı üçün görüşə hazırdırlar və belə bir görüş üçün
hazırlıq aparılır.
Prezidentlər Soçidə görüşə bilər: “Lavrov planı”na qarşı “Tillerson planı”
Azad Suriya Ordusu ilə “Heyet Tehrir El Şam” (HTŞ)
arasında gedən danışıqlarda İdlib vilayəti üzrə razılıq əldə
edilib. Türkiyə KİV-inin yazdığına görə, razılaşma
çərçivəsində HTS Afrinlə həmsərhəd olan İdlibin şimalını Azad
Suriya Ordusuna təhvil verəcək.
İdlib-Afrin sərhədindəki üç nöqtə və Suriya rejim əsgərlərinin
olduğu sərhəd xətti də Türkiyə ordusuna veriləcək.
Müqavilə ilə bu bölgədəki HTŞ-nin silahlı qrupları, Darit İze
qəsəbəsi və kəndlərindən şərqə doğru şəkilməyə başlayıb.
Türkiyənin əsas hədəfi PYD-nin (PKK terror təşkilatının Suriya
qanadı –red.) yerləşdiyi Afrindir. İdlib əməliyyatı ilə Aftrin
tamamilə mühasirəyə alınacaq. Daha sonra isə Türkiyə sərhədindəki
YPG təhdidi tamamilə aradan qaldırılacaq.
Türkiyənin İdlib əməliyyatından sonra Afrinə
müdaxilə ehtimalını nəzərə alan PYD (PKK terror təşkilatının Suriya
qanadı – red.) döyüş hazırlıqlarına başlayıb.
Silah-sursat və şəxsi heyət toplayan PYD əhaliyə məcburi şəkildə
hərbi təlim keçir.
Türkiyə ilə müharibə hazırlığı BAŞLADI
“Qərbin Türkiyədə dövlət çevrilişi planı uğursuz
oldu, lakin buna yenə cəhd edəcəklər. Ərdoğan da bunu çox yaxşı
bilir”. Bu barədə rusiyalı hərbi ekspert İvan
Konovalov deyib.
Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə İdlibə daxil olmaqla
ən ağır əməliyyatı üzərinə götürdü.
“Qərb Ərdoğana qarşı yenə çevriliş cəhdi edəcək. Bu şübhəsizdir.
Türkiyə ilə bağlı əsas hədəflərdən biri budur. İlk cəhd uğursuz
oldu, lakin yenə cəhd edəcəklər. Qərb Ərdoğandan “qurtulmaq” üçün
mütləq bunu etməyə çalışacaq. Ərdoğan Rusiya ilə Suriya
məsələsində, İdlib kimi ən çətin məsələdə anlaşdı. Əgər Ərdoğanı
devrilərləsə, onda bütün İdlib bölgəsi partlayar”, - deyə o
bildirib.
Türkiyə və ABŞ arasında viza problemi ölkələr
arasındakı münasibətləri getdikcə gərginləşdirir. Ölkələr arasında
münasibətlərin inkişafı Rusiyada daha diqqətlə
izlənilir. Təxminlərə görə, Vaşinqton-Ankara xəttində
gərginliyin təməl səbəblərindən biri məhz son zamanlar Rusiya və
Türkiyə arasındakı yaxınlaşmadır.
Viza problemini qiymətləndirən “Rossia Today” (RT) kanalının
rəsmi saytının köşə yazarı İqor Molotov Türkiyənin gerçək
müstəqillik yolunda addımlar ataraq Yaxın Şərqin təməl gücü halına
gəldiyini bildirib.
Onun sözlərinə görə, mənz bu məqam ABŞ tərəfindən xoş qarşılana
bilməz.
Ölümlər, ölkənin parçalanması, Ərdoğanı əvəz edəcək ŞƏXS... - Türkiyə üçün DƏHŞƏTLİ SSENARİ
ABŞ-la aramızda yaşanan viza böhranının səbəbkarı
rəsmi Vaşinqtondur. Bu sözləri Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiçlə keçirdiyi
mətbuat konfransında deyib.
“Bu agentlər ABŞ konsulluğuna necə sızıb axı?! Mən həmin
konsulluq əməkdaşını ABŞ-ın təmsilçisi hesab etmirəm”, - Ərdoğan
bildirib.
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə
komitənin sədr müavini Dmitri Novikov Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanın Krımla bağlı bəyanatını şərh edib.
Parlament üzvü Ərdoğanın bəyanatının Moskvaya bir dərs olduğunu
deyib.
“Bu artıq bir dərsdir və Türkiyə ilə hansısa uzunmüddətli
münasibətlərin qurulmasının çox ağır olduğunu göstərir. Hakimiyyət
dəyişikliyi zamanı, hətta eyni prezidentin dövründə xarici siyasət
kursunda döngələr ola bilər. Amma, prinsip etibarilə, Krım
məsələsində Türkiyə heç vaxt Rusiyanın müttəfiqi olmayıb. Sadəcə
nəzərə almaq lazımdır ki, türk siyasəti barəsində illüziyalar
olmasın”, - Novikov bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti dünən ukraynalı həmkarı Petro
Poroşenko ilə Kiyevdə görüşündən sonra keçirdiyi mətbuat
konfransında Ankaranın Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini
dəstəklədiyini, Krımın Rusiya tərəfindən ilhaqını tanımadığını
vurğulayıb.
“Şimali İraqda kürd referendumu təkcə İraqı deyil,
bütün bölgəni qanlı müharibəyə sürükləyəcək”. Bu
barədə İraq Türkman Cəbhəsinin lideri Erşad Salihi deyib.
Salihi Türkiyənin bu istiqamətdə təcili addım atmalı olduğunu
vurğulayıb. E.Salihi əlavə edib ki, Bərzani belə davam edərsə,
bölgədə böyük müharibə başlayacaq.
Dəhşətli müharibə başlayacaq və heç kim... - "Təcili addım atılmalıdır"
"Minsk formatı Donbas üzrə danışıqlarda perspektivə
malik deyil və dəfn edilməlidir". Bunu Rusiya
prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov
“Bu gün” (“Seqodnya”) nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, münaqişənin həlli üzrə yeni format
yaradılmalıdır. İllarionov ABŞ və Böyük Britaniyanın cəlb edilməsi
ilə Budapeşt formatını mümkün variantlardan biri hesab edir.
“Torpaqların azad edilməsi üçün...” - Putinin keçmiş məsləhətçisindən yeni TƏKLİF
Hakerlər Cənubi Koreyada Şimali Koreya ilə
genişmiqyaslı müharibə planlarını oğurlayıb.
Oğurlanmış məlumatların həcmi təxminən 235 GB təşkil edir.
Məlumatlarda Seul və Vaşinqtonun müharibə planları yer alıb.
Orada Pxenyanla müharibənin necə qazanılması və Şimali Koreya
lideri Kim Çen Inın “başının kəsilməsi”ndən təfərrüatı ilə
danışılır.
Şimali Koreya hakerləri kiberhücumda şübhəli bilinirlər. Cənubi
Koreyalı deputat Ri Çxol-Xi Müdafiə Nazirliyinə istinadən iddia
edib ki, 5015 və 3100 saylı operativ məxfi planlar Pxenyanın
maliyyələşdirdiyi hakerlər tərəfindən oğurlanıb.
Yerli xəbərlərə əsasən, hakerlər həmçinin Amerika-Cənubi Koreya
hərbi təlimləri, Cənubi Koreya elektrik stansiyaları və hərbi
obyektlər haqqında məlumatları əldə edə biliblər.