“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.
Onun sözlərinə görə, Türkiyənin Atom Enerjisi üzrə Agentlyi AES-in təməlqoyma mərasiminin keçirilməsi üçün bütün imkanlardan istifadə edir: "2023-cü il oktyabrın 29-dək Türkiyənin yaranmasının 100-cü ildönümünədək stansiyanın tikintisi başa çatsa, çox yaxşı olardı”.
Qeyd edək ki, bu layihənin icraçısı Rusiyanın “Rosatom” şirkətidir.