Rusiyanın Soçi şəhərində MDB dövlət başçılarının sammiti keçirilib. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətinə girməsindən təlaşa düşən PKK/PYD terror təşkilatı oktyabrın 8-da Suriyanın şimalında 4 ayrı toplantı keçirib. ABŞ-da “Hizbullah” təşkilatına verdiyi dəstəyə görə Rusiya barəsində yeni sanksiyaların tətbiqi təklif edilib. ABŞ-ın Cənubi Koreyada yerləşdirdiyi THAAD raketdən müdafiə sistemləri Rusiya və Çinə qarşı yönəlib. İspaniya Kataloniyanın özünüidarəetmə hüququnu ləğv etməyə qərar verib.

Bu gün Rusiyanın Soçi şəhərində MDB dövlət başçılarının sammiti keçirilib. İlk olaraq MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasın sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.

Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi haqda ehtimallar səsləndirilir. Bununla bağlı heç bir rəsmi məlumat olmasa da, bir neçə ay öncə prezidentlərin ilin sonuna kimi Rusiyanın təşkilatçılığı ilə görüşəcəyi haqda yayılan məlumatlar bu ehtimalı artırır.

Ermənistan üçün qaranlıq GECƏ, 4 əsas TƏLƏB… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Sarkisyan Soçiyə Əliyevə təslim olmağa gedir: “Ermənistanı qaranlıq gecə gözləyir”