Dəbli payız obrazı yaratmaq istəyirsinizsə, xırdaçılığa varmağa ehtiyac yoxdur. Biz modapərəst xanımlara ayaqqabı ilə başlamağı tövsiyə edirik. Dizaynerlər həmişə olduğu kimi bu mövsüm də geniş çeşidlər təklif edib: dəri, laklı, məxmər, zamşa, trikotaj və s. materiallardan hazırlanan ayaqqabılar.
Publika.az xəbər verir ki, burnu dabalarından uzun və iti olan çəkmələr payızın əsas trendi zirvəsinə yüksələ bilib. Çəkmələrin bu mövsüm dəri və zamşa yox, trikotaj parçadan tikilən modelləri xüsusilə aktualdır.
Belə gözəl alçaq dabanlı, itiburunlu və qısaboğaz çəkmələr mövsümün universal aksessuar statusunu qazanıb. Çünki onlar həm cins, həm klassik şalvarlarla, istəbilən uzunluqda olan ətək və donlarla, həmçinin palto və bomber kurtkalarla əla görünür.
Qeyd etmək lazımdır ki, qırmızı çəkmələr gözlənilmədən payızın ən populyar ayaqqabıları oldu. Əgər qırmızı ayaqqabılar əvvəllər bayram və ziyafət rəngi hesab olunurdusa, artıq bu qayda öz əhəmiyyətini itirib. Odur ki, əziz moda həvəskarları, klassik çəkmələrdən imtina etmək çətin olmayacaq. Parlaq çəkmələri diqqətdən kənar qoymayın!
Aytən