Yaxın Şərqdə tarixi ANLAŞMA - FOTO/VİDEO

Yaxın Şərqdə tarixi ANLAŞMA - FOTO/VİDEO
19:28 12 Oktyabr 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Fələstinin “Həmas” və “Fəth” təşkilatları arasında tarixi razılaşma əldə edilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təşkilatlar Fələstin Milli Birlik Hökumətinin Qəzzada ən gec 2017-ci il 1 dekabr tarixinə qədər fəaliyyətə başlaması mövzusunda razılaşıb.

Danışıqlar Misirin paytaxtı Qahirədə keçirilib. Razılaşmanın Fələstində siyasi təşkilatlar arasında parçalanmanı aradan qaldıracağı bildirilir.

Misir hökuməti tərəfləri 2017-ci il noyabrın 17-də Qahirədə yenidən görüşə dəvət edib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/216769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR