Dərbənddə Nizaminin heykəli yandırıldı: azərbaycanlılar mitinq keçirəcək

Dərbənddə Nizaminin heykəli yandırıldı: azərbaycanlılar mitinq keçirəcək
12:19 9 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

Dərbənddə Nizami Gəncəvinin heykəli yandırılıb. Bu barədə Lent.az-a Dərbənd sakinləri məlumat verib. Onların sözlərinə görə, parkda aparılan təmir işləri ilə əlaqədar şairin heykəli ağ materiala bükülübmüş. Naməlum şəxslər isə bu gecə heykələ od vurublar.

Sakinlər baş verənlərlə əlaqədar Dərbənd rəhbərliyi və şəhər məsclisinin sədri İimam Yaraliyevi günahlandırırlar.

Qeyd edək ki, bu Dərbənddə ilk vandal hərəkət deyil. Daha əvvəllər də Nizaminin heykəli qırmızı rəngə boyanmışdı. Bir qədər əvvəl isə Dərbənddə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Şamsulla Əliyevin də heykəli dağıdılmışdı. Sakinlərin dediyinə görə, baş verənlərə etiraz olaraq, azərbaycanlılar sabah saat 15:00-də şəhərin mərkəzində yerləşən Baba məscidinin qarşısında mitinq keçirəcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR