Bakı. 14 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Donald Gerryeyə ağır itki üz verib. “Report” xəbər verir ki, 28 yaşlı haitili yarımmüdafiəçinin qızı Miah vəfat edib. D.Gerrye bununla bağlı sosial şəbəkədə paylaşım edib. Qeyd edək ki, 1 yaş 6 aylıq uşağın ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.