Ötən gün Somalinin paytaxtı Moqadişuda 23 nəfərin ölümü ilə nəticələnən terror hücumu ilə əlaqədar ölkədə 3 gün matəm elan olunub.

Metbuat.az bildirir ki, bu haqda Somali prezidenti Məhəmməd Abdullah Fermacu verdiyi açıqlamada qeyd edib. Hücumun məsuliyyətini terror təşkilatı Əş-Şəbabda görən prezident partlayışda ölənlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Terror aktının qınanıldığı və günahkarların öz cəzalarını alacağı əlavə olunub.