Dünən Somalinin paytaxtı Moqadişoda "Safari" otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb, 250 nəfər yaralanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bundan öncə partlayış nəticəsində 40 nəfərin öldüyü bildirilmişdi.
Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
Milli.Az