Bakı. 15 oktyabr. REPORT.AZ/ Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişoda törədilən partlayış nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb.

***14:04
Bakı. 15 oktyabr. REPORT.AZ/ Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişoda törədilən partlayış nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə təcili yardım xidmətinə istinadən "Al Jazeera" məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində yaralananların sayı 250 nəfər təşkil edir.
Oktyabrın 14-də Moqadişoda Hodan rayonundakı mehmanxana binası yaxınlığında partlayış baş verib. İnsidentə minalanmış yük avtomobili səbəb olub.