Somalinin paytaxtı Moqadişuda partlayış nəticəsində ölənlərin sayı 189-a çatıb, 200-dən çox adam yaralanıb.
Partlayıcı ilə yüklənmiş yük maşını dünən paytaxtın Xodan rayonunda mehmanxana yaxınlığında partladılıb. Partlayışa görə məsuliyyəti hələ ki heç bir təşkilat üzərinə götürməyib.
Ölkədə 3 günlük matəm elan olunub.