Atlas və məxməri qara çokerləri unudun getsin. Klassik çokerləri çılpaq boyuna taxmaq artıq aktuallığını itirib.
Publika.az xəbər verir ki, artıq çokerləri vodolozka ilə birləşdirmək dəbə minib. Bu payız qeyri-adi kombinasiyaları snaqdan keçirmək üçün əla fürsətdir. İnstaqramın ən qibtədediləsi blogerləri də bu trendin əsas pərəstişkalarıdır.
Vodolazkaların zümrüd yaşılı, zoğalı, boz, ağ, qara, sarı və başqa rənglərdə olmasının əhəmiyyəti yoxdur. Lakin yadda saxlayın ki, qızılı və irihəcmli boyunbağılar qalın yun köynəklərin fonunda daha effektli görünür.
Aytən