Somalinin paytaxtı Moqadişoda törədilmiş terror aktı zamanı ölənlərin sayı 300-ü ötüb.
Metbuat.az-ın məlumatına görə, 100-lərlə insan insan yaralanıb. Onlardan bir çoxunun vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna olunmur. Hakim dairələrin məlumatına görə, partlayış Safari otelinin qarşısında törədilib.
"Əş-Şabab" qruplaşmasının üzvləri mehmanxananın qarşısında çoxlu sayda insanın toplaşmasından istifadə edərək, minalanmış yük maşınını partladıb.
Qeyd edək ki, bu hadisə Somali tarixində ən böyük tələfata səbəb olan terror aktıdır.
Sübhan / METBUAT.az