​"Əl-Şəbab"ın sabiq lideri Moqadişudakı hücumu qınadı -

"Əl-Şəbab"ın sabiq lideri Moqadişudakı hücumu qınayıb.

Metbuat.az-ın məlumatına görə, o, Somalinin paytaxtında azı 300 nəfərin ölümünə səbəb olan partlayışa pis reaksiya verib. Qrupun başçısının sabiq müavini Muxtar Robou partlayış zamanı yaralananlara qan vermək üçün bu gün Moqadişu xəstəxanasına gedib.

O, hücumu vəhşilik adlandırıb və bunun millətin faciəsi olduğunu deyib.

"Bu hücumda kimin əli varsa dayanmalı, müsəlmanların qanını tökməməli və tövbə etməlidir".

Qeyd edək ki, Somali tarixinin ən dəhşətli qanlı hadisəsinə görə hələlik məsuliyyəti üzərinə götürən olmayıb. Lakin Somali hökuməti və terror ekspertləri bunun arxasında yalnız Əl-Şəbabın durduğuna insanır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR