Somalidə törədilmiş terror aktında ölənlərin sayı 300-ü keçib

Somalidə törədilmiş terror aktında ölənlərin sayı 300-ü keçib
21:32 16 Oktyabr 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ Somalinin paytaxtında törədilmiş terror aktında ölənlərin sayı 300-ü keçib.
"Report" xəbər ki, bu barədə "Associated Press" təcili yardım xidmətinin direktoru Əbdülqadir Adama istinadən məlumat yayıb.
O, ölənlərin sayının artacağını istisna etməyib.
Qeyd edilir ki, terror aktında xəsarət almış 70 nəfər kritik vəziyyətdə müalicə olunmaq üçün Türkiyəyə gətirilib.
Xatırladaq ki, hadisə oktyabrın 14-də baş verib. İçi partlayıcı maddə ilə dolu olan yük avtomobili Moqadişonun isdihamlı küçələrindən birində, "Safari" mehmanxanasının girişində partlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/somalide-toredilmis-terror-aktinda-olenlerin-sayi-300-u-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR