London metrosunda naməlum şəxs insanlara hücum edib: ölən və xəsarət alanlar var

London metrosunda naməlum şəxs insanlara hücum edib: ölən və xəsarət alanlar var
01:22 17 Oktyabr 2017
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Londonun "Parsons Green" metrostansiyası yaxınlığında naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 1 nəfər həlak olub.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Press Association" məlumat yayıb.
Məlumata görə, hadisə zamanı daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis ərazini əhatəyə alıb və faktla bağlı təhqiqata başlayıb. 

***00:19
London metrosunda naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "TASS" "The Independent" qəzetinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkənin hüquq-mühafizə orqanları hücumu terrorizmlə əlaqələndirmir.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/london-metrosunda-namelum-sexs-insanlara-hucum-edib-olen-ve-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR