30 yaşlı Bleyk Layvli “Yalnız səni görürəm" (All I See Is You) filminin təqdimat mərasimləri üçün seçdiyi libasları ilə diqqət çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kino ulduzu filmin tədimatı üçün bir çox bir çox tok-şoularda iştirak edib. Bleyk mətbuat konfransına da əsaslı surətdə hazırlanıb.

Dünən gün ərzində yeddi dəst dəyişərən Bleyk tamaşaçılara müxtəlif geyim tərzlərini nümayiş etdirib. Onun ilk dəsti 70-ci illərin üslubunda olan sarı kostyumu “Brandon Maxwell” brendindən olub.

Bir gündə 7 paltar dəyişdirən ulduzun MÖHTƏŞƏM ÇIXIŞLARI - FOTO

Qəliz printli ağ ziyafət libası ilə qaz ayağı naxışlı dəsti isə “Oscar de la Renta” moda evinə aiddir.

Bir gündə 7 paltar dəyişdirən ulduzun MÖHTƏŞƏM ÇIXIŞLARI - FOTO

Bir gündə 7 paltar dəyişdirən ulduzun MÖHTƏŞƏM ÇIXIŞLARI - FOTO

Dəb dünyasında stil ikonası kimi tanınan ulduz gün ərzində pərəstişkarlarını fərqli geyim dəstləri ilə təəccübləndirməyə davam edib. Beləki Bleykin növbəti seçimi “Ralph Lauren” brendinən olan dama-dama kostyumu olub. O, bu dəsti ilə modapərəstlərin qəlbini fəth edib.

Bir gündə 7 paltar dəyişdirən ulduzun MÖHTƏŞƏM ÇIXIŞLARI - FOTO

Günortadan sonra isə Bleyk tünd göy donda görünüb. Aktrisa bu libasını “Christian Louboutin”dən olan güllü çəkmələri ilə birləşdirib.

Bir gündə 7 paltar dəyişdirən ulduzun MÖHTƏŞƏM ÇIXIŞLARI - FOTO

Axşama doğru Bleyk payetli "basketbol" köynəyi tünd göy və geniş şalvar geyinib. O, bu obrazını qırmızı palto və dikdabanlarla ilə tamamlayıb.

Bir gündə 7 paltar dəyişdirən ulduzun MÖHTƏŞƏM ÇIXIŞLARI - FOTO

Möhtəşəm final: Gərgin iş qrafikinin sonunda Bleyk “Chanel”dən gümüşü paltarı geyinib. Aktrisa makiyajda yumşaq dalğalara və sadə hörüyə üstünlük verib, üzündə isə minimum makiyaj istifadə edilib.

Bir gündə 7 paltar dəyişdirən ulduzun MÖHTƏŞƏM ÇIXIŞLARI - FOTO

Bir gün ərzində yeddi dəst dəyişdirən Bleuk Layvli tamamilə bir-birlərinə oxşamayan obrazlar seçib və heç bir dəb xətasına yol verməyib. Moda tənqidçiləri hesab edirlər ki, onun yeddi dəstinin yeddisi də uğurlu olub.

Xatırladaq ki, aktrisa Harvi təkcə yeni filmimə görə deyil, Harvi Vaynşteynlə baş verən təcavüz qalmalına görə diqqət mərkəzindədir. Ulduzun sözlərinə görə, məşhur rejissor ona xoşagəlməz ifadələr və təkliflər edib:

“Bir dəfə mən gecə çəkilişlərində yerimdə yatmışdım, yuxudan oyananda gördüm ki, o kamera qarşısında dayanıb məni çəkir. Əynimdə paltarlarım var idi, amma bu, onsuz da dəhşətli idi”.

Bleyk onu da vurğulayıb ki, prodüserlər onun ittihamlarını ciddi dərk etmədilər.

Aytən