Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:07 17 Oktyabr 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Biləsuvar rayonunda yol qəzası baş verib. 
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, "Mercedes" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza zamanı biri azyaşlı olmaqla, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-yol-qezasi-olub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR