“Avtolüks Azərbaycan” “Jeep” sahiblərini 14-15 oktyabr tarixlərində Bakı – Quba marşrutu üzrə 2 günlük macəraya dəvət edib.
Avtomarafona qoşulan “Jeep” fanatları Böyük Qafqaz sıra dağları boyunca sinfinin lideri olan yolsuzluq avtomobilləri ilə səyahət edib. “Jeep”erlər yolsuzluq şəraitində vətənimizin gözəl guşələrini ziyarət edib, möhtəşəm mənzərələrlə nəzər salıb, dağ zirvələrinə qalxmaqla təbiət qoynunda aktiv həftə sonu istirahətindən zövq alıblar.
Qala Xudatda qurulmuş düşərgədə iştirakçılara istirahət imkanı, dadlı təamlar və əyləncə proqramı təklif olunub. İstirahətdən sonra iştirakçılar peşəkar bələdçilərin və alpinistlərin dəstəyi ilə dağ zirvəsinə qalxmaq imkanı əldə ediblər. Offroad komandasının göstərdiyi şou zamanı yolsuzluq yarış avtomobilinin məharətindən ilhamlanan iştirakçılar da özlərini sınamağa həvəsləniblər. Offroad üzrə peşəkar komandanın dəstəyi ilə “Jeep”erlər öz avtomobillərinin nəyə qadir olduğunu kəşf ediblər, bir çox yeniliklə, bundan öncə istifadə etmədikləri funksiyalarla tanış olublar.
Emosiyalarla yüklənmiş tur iştirakçıları yaşanan macəradan sonra “Rixos” otelinə yollanıblar. Oteldə asudə vaxt və ənənəvi çay süfrəsi arxasında maraqlı səyahəti müzakirədən sonra, gecənin sonunda istirakçılara sertifikat və “Avtolüks Azərbaycan” tərəfindən hədiyyələr təqdim olunub.
Macəra artıq arxada qaldı, lakin yaşanan emosiyalar və xoş təəssürat “Jeep”erlərin xatirələrində daim qalacaq. “Avtolüks Azərbaycan”ın öz daimi müştərilərinə təqdim etdiyi bu imkandan gələn dəfə yararlanmağı hər bir “Jeep”erə məsləhət görürük.
® “Avtolüks Azərbaycan” “Jeep” sahiblərinə sürpriz edib
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Vətən müharibəsinin media təcrübəsi beynəlxalq kitabda araşdırıldı
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bakıda özəl məktəblərin qiymətləri artdı - MƏBLƏĞLƏR
Bu gün
·
09:28
Avro bahalaşdı, rubl ucuzlaşdı
Bu gün
·
09:18
ABŞ qırıcısı İranın Qeşm adasına zərbə endirib - Axios
Bu gün
·
09:10
Çempionlar Liqasında IV tura start verilir
Bu gün
·
09:05
Bakının bu ərazilərində işıq kəsiləcək
Bu gün
·
08:59
“Qalatasaray”ın ulduzunun adı İngiltərə nəhəngi ilə hallandı
Bu gün
·
08:25
Bakının bu yollarında sıxlıq var - SİYAHI
Bu gün
·
08:18
Böyük pullar qazanmaq şansı olan bürclər
Bu gün
·
01:15
Evli qadına yazılmış sevgi məktubu 200 il sonra üzə çıxdı
Bu gün
·
00:20
Noyabrın 3-də bu rayonda qaz olmayacaq
Bu gün
·
00:12
5 bürcü ilin sonunadək maddi fürsətlər gözləyir
Bu gün
·
00:08
“Roma”dan “Qalatasaray”ın ulduzuna 30 milyonluq təklif
Dünən
·
23:49
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Dünən
·
23:35
Noyabrın pensiyaları bu tarixdə ödəniləcək
Dünən
·
23:30
TikTok fenomeninin toyunda faciə oldu - Ölü və yaralılar var
Dünən
·
23:17