Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişuda 300-dən
artıq insanın ölümü ilə nəticələnən terror aktının əsas hədəfi
Türkiyənin bu şəhərdəki hərbi bazası olub.
Publka.az xəbər verir ki, bu sözləri “Amerikanın səsi”
radiosuna Somalinin Milli Kəşfiyyat və Təhlükəsizlik Bürosunun
adını açıqlamayan rəsmisi deyib.
Kəşfiyyat zabiti qeyd edib ki, hücumdan əvvəl və sonra ortaya çıxan
məlumatlar türk hərbi bazasının hədəf olduğunu təsdiqləyir.
Onun sözlərinə görə, bu baza Somalinin təhlükəsizlik qüvvələri üçün
əsgər yetişdirir: “Buna görə də terrorçular məhz bu bazanı hədəf
almaq istəyir”.
Somalili rəsmi terror aktının törədən “Əl Şebab” qruplaşmasının
Türkiyə hərbi bazasına hücum edəcəyi haqda məlumatı əvvəlcədən əldə
ediblər.
Lakin partlayıcı yüklənmiş avtomobil yol kənarında dayanıb.
Polislər isə axtarış aparmaq istəyiblər. Terrorçular avtomobili
sürətlə sürərək qaçmaq istəyəndə başqa avtomobillə toqquşub,
nəticədə partlayış baş verib.
Qeyd edək ki, Türkiyənin Somalidəki hərbi bazası bu ilin 30
sentyabrında açılıb. Bazadakı 200 türk əsgəri 1500 somalili əsgərə
təlim keçir. Bu bazada Somali ordusu 10 min əsgərin yetişdirilməsi
planlaşdırılır. Somali Afrika Birliyi əsgərlərinin ölkədən
çıxmamışdan öncə - 2018-ci ilin oktyabr ayına qədər 22 min əsgərdən
ibarət ordu yaratmağı planlaşdırır.
Asif