Somalinin paytaxtı Moqadişuda baş verən terror hücumundan sonra yürüş keçirilib.

Metbuat.az-ın məlumatına görə,minlərlə insan qarşısında çıxış edən Somali prezidenti Məhəmməd Abdullahi "Əl-Şəbab" terrorçularına qarşı mübarizəni güncləndirəcəyinə söz verib.

Həmçinin, Somalinin digər böyük şəhərlərində on minlərlə insan yürüş keçirib.

Onlar 300 nəfərin ölümü və 400-dən çox insanın yaralanması ilə nəticələnən böyük partlayışı törədənləri qınayıblar.