Azərbaycan Premyer Liqasında IX turun hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında IX turun hakim təyinatları açıqlanıb
10:12 20 Oktyabr 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyunlarına hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, Gəncədə "Kəpəz" və "Neftçi" komandaları arasında keçiriləcək görüşə FİFA referisi Əliyar Ağayev təyinat alıb. 
Ağayev və köməkçiləri Makedoniyanın paytaxtı Skopyedə ötən gün "Vardar" və İspaniya "Real Sosyedad"ı arasında oynayılmış qarşılaşmada iş başında olub. bu gün Azərbaycana qayıdacaq briqadanın sabahkı görüşü necə idarə edəcəkləri maraq doğurur. 
"Qəbələ" və "Qarabağ" arasındakı turun mərkəzi matçı isə digər FİFA referisi Ömər Paşayevə tapşırılıb. 
20 oktyabr (cümə)
“Səbail” – “İnter”
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Yaşar Abbasov, Fariz Yusifov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Fazil Mürşüdov
“Dalğa Arena”, 18:00

21 oktyabr (şənbə)
“Kəpəz” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu, 15:00

“Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
“Kapital Bank Arena”, 17:00

22 oktyabr (bazar)
“Qəbələ” – “Qarabağ”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu, 18:30

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-ix-turun-hakim-teyinatlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR