Avrokomissiyanın sədri: “Türkiyəyə ödilənəcək maliyyə vəsaiti azaldılmayacaq”

Avrokomissiyanın sədri: “Türkiyəyə ödilənəcək maliyyə vəsaiti azaldılmayacaq”
16:42 20 Oktyabr 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Türkiyəyə ödilənəcək maliyyə vəsaiti azaldılmayacaq”.
“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı komissiyasının sədri Jan Klod Yunker qurumun zirvə toplantısından sonra bildirib.
Qeyd edək ki, yığıncaqdan əvvəl Almaniya kansleri Angel Merkel bildirmişdi: “Türkiyə qaçqınlar məsələsində əməkdaşlıq etmək üçün Avropa İttifaqının çox əhəmiyyətli ortağıdır. Biz yaxın illərdə üzərimizə 3 milyard avro ayırmaq öhdəliyi götürmüşük. Qaçqınların ehtiyaclarının ödənilməsinə sərf ediləcəyindən bu öhdəliyi yerinə yetirməliyik”.
A.Merkel deyib ki, sammit iştirakçıları bu məbləğin Ankaraya ödənişinə məhdudiyyətin tətbiq edilməsinin mümkünlüyünü müzakirə edəcəklər: “Ona görə də bütün tərəflərin mövqeyi dinləniləcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/avrokomissiyanin-sedri-turkiyeye-odilenecek-maliyye-vesaiti-azaldilmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR