Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlandı - FOTO

Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlandı - FOTO
20:05 20 Oktyabr 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlanıb.

Milli.Az bildirir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonunun "Şpartı" adlanan ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, operativ əməliyyat axtarış tədbirləri nəticəsində top mərmisinin partlamış giliz hissəsi aşkar edilib, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisindəki metal toplama sahəsinə daşınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR