"Report" "Reuters"ə istinadən xəbər verir ki, insident Qahirənin 200 kilometrliyində baş verib.
Bundan əvvəl ölənlərin sayı 14 nəfər təşkil edirdi.
***20:08
Bakı. 20 oktyabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin yaxınlığında, Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma olub.
"Report"un məlumatına görə, bu barədə "Vətən" portalı xəbər yayıb.
Qarşıdurma nəticəsində Misir polisinin 3 əməkdaşı ölüb, bir neçəsi yaralanıb.
Məlumata görə, polis əməkdaşları rayonda gizlənən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparırlarmış.