Somalidə terror aktı nəticəsində ölənlərin sayı 350 nəfəri ötüb

Somalidə terror aktı nəticəsində ölənlərin sayı 350 nəfəri ötüb
05:02 21 Oktyabr 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda yük maşınının partladılması nəticəsində ölənlərin sayı 350 nəfəri ötüb.
“Report” xəbər verir ki, bunu Somalinin informasiya naziri Əbdürrəhman Osman deyib.
"Zərərçəkənlər barədə son məlumatlar: 642 nəfərdən 358-i ölüb, 228-i yaralanıb, 56-sı isə itkin düşüb", — deyə o "Twitter"də yazıb.
Nazir qeyd edib ki, yaralılardan 122 nəfəri təyyarələr vasitəsi ilə Türkiyə, Sudan və Keniyaya göndərilib.
Bundan əvvəl 300 nəfərin öldüyü bildirilirdi.
Oktyabrın 14-də Moqadişoda Xodan rayonu ərazisində yerləşən mehmanxana qarşısında minalanmış yük maşını partladılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/somalide-terror-akti-neticesinde-olenlerin-sayi-350-neferi-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR