08:03

Qahirədə xüsusi təyinatlılar və terrorçular arasında baş verən qarşıdurmada ölən polislərin sayı 54-ə çatıb.

Qeyd olunur ki, onlardan 20-si zabitdir. Hadisə ilə bağlı hüquq mühafizə orqanları xüsusi əməliyyat aparır.

* * *

Misirin paytaxtı Qahirə yaxınlığında xüsusi təyinatlı qüvvələrinin terrorçular ilə qarşıdurması nəticəsində 30 xüsusi təyinatlı ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hüquq mühafizə orqanları Qahirədən 135 km aralıqda yerləşən əl-Vahat rayonunda gizlənən terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə əməliyyat aparıb.

Terrorçular ölkə ərazisində törədilən bir sıra terror aktlarında əli olduğu qeyd olunub.

Milli.Az