"Report"un məlumatılna görə, bu barədə "Anadolu" agentliyinə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Əli Nur xəbər verib.
Xəbərdə bildirilib ki, partlayıcı qurğu Aşağı Şabel vilayətində mikroavtobus ərazidən keçərkən işə salınıb. Nəticədə mikroavtobusdakı 7 sərnişindən 6-ı həlak olub. Ölənlərdən 2-i qadındır.
Hakimiyyət orqanları hadisəyə görə məsuliyyəti "Aş-Şabab" qruplaşmasının üzərinə qoyublar.
Xatırladaq ki, ötən həftə paytaxt Moqadişoda törədilmiş terror aktı nəticəsində 300-dən çox insan həlak olub, azı 200 nəfər xəsarət alıb.