Pomidorun içərisində dəri üçün çox faydalı minerallar var.
Metbuat.az xəbər verir ki, tərkibindəki C və E vitamini quru dərinin nəmlənməsinə, yağlı dərilərin isə nəm tarazlığını qorumağa yardım edir.
Həmçinin, pomidor günəşin ultrabənövşəyi şüalarından qoruyur. Dəridə əmələ gələn ləkələri aparır.
Tərkibindəki “salistik asit” sızanaqların yox edilməsinə kömək edir. Dərini ağardır. Pomidoru iki hissəyə bölüb üzərinə limon tozu səpin və dərinizdə gəzdirin. Bu şəkildə dəri ölü hüceyrələrdən təmizlənəcək.
Bir ədəd pomidoru blenderdən keçirin, içərisinə bir miqdar un əlavə edin. Xəmir halına gələnə qədər qarışdırın. Əldə etdiyiniz qarışığı üzünüzdə 5 dəqiqə saxladıqdan sonra yayın.
Qeyd edək ki, dəriniz həssasdırsa, bu qarışığı tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşməkdə fayda var.
Aysel Yaqubqızı / Metbuat.az