Moskvada radiostansiyaya hücum: Aparıcı bıçaqlandı - YENİLƏNİB - FOTO

Moskvada radiostansiyaya hücum: Aparıcı bıçaqlandı - YENİLƏNİB - FOTO
15:12 23 Oktyabr 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

15:10

"Exo Moskvı" radiostansiyasının əməkdaşı Tatyana Felgenhauer-Şadrinanı bıçaqlayan şəxsin fotoları yayılıb.

Həbs olunmuş bu şəxsin dediyinə görə, "jurnalist onu tovlayıb cinsi əlaqəyə sövq etmək istəyirmiş: "Mən də ondan canımı qurtarmaq istədim".

14-cü mərtəbədəki iş otağında jurnalistin boğazına bıçaq zərbəsi vuran şəxs barədə "Exo Moskvı"nın mühafizəçiləri deyiblər: "Qaz balonundan spreyi əməkdaşlarımızdan birinin üzünə tutdu, sonra yuxarı qaçdı. Bütün giriş-çıxışı bağladıq. Sonra həmin adamı yaxaladıq".

Sözügedən şəxs tutulanda onun boğazında dərin kəsik yarası vardı.

Tatyana Felgenhauer "Exo Moskvı" radiostansiyasının baş redaktorunun müavini və aparıcısıdır. O, 10 ildən bəri radiostansiyada çalışır.

------------

15:01

Rusiya paytaxtı Moskvada naməlum kişi "Exo Moskva" radiostansiyasına hücum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, nəticədə radionun xanım aparıcısı Tatyana Felqenhauer yaralanıb.

"Radiostansiyaya bıçaqla soxulan kişi xanım aparıcı Tatyana Felqenhaueri bıçaqla boğazından yaralayıb. Aparıcı xəstəxanaya çatdırılıb, ona kateter diaqnozu qoyulub", - radiostansiyanın baş redaktoru Aleksey Venediktov bildirib.

Artıq hücum edən şəxs artıq saxlanılıb və polisə təhvil verilib.
Aparıcının həyati təhlükəsinin olmadığı bildirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR