Avtomobil ilə traktor toqquşub, xəsarət alan var

Avtomobil ilə traktor toqquşub, xəsarət alan var
22:32 23 Oktyabr 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdabda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu  gün axşam saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını ilə traktor toqquşub. Nəticədə Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Qoşqar Mirzə oğlu Abdullayev müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, müalicəsini davam etdirmək üçün Ağcabədi Rayon mərkəzi Xəstəxanasına aparılıb.
 
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/593089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR