"Şimali Koreyada ölkədaxili və xarici siyasət pisləşib" - Pxenyan 20-dən çox ölkədən küsüb

"Şimali Koreyada ölkədaxili və xarici siyasət pisləşib" - Pxenyan 20-dən çox ölkədən küsüb
12:08 24 Oktyabr 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

"ABŞ prezidenti Donald Trampın 2017-ci ilin yanvar ayında hakimiyyətə gəlməsindən sonra Şimali Koreyada ölkədaxili və xarici siyasət pisləşib".

Publika.az xəbər verir ki, bu bəyanatla Koreya Xalq Demokratik Respublikası rəhbərliyi çıxış edib.

Yerli rəsmi telekanalda yayımlanan bəyanatda bildirilir ki, Şimali Koreyanın ənənəvi dostları olan Myanma, Vyetnam, Uqanda və digər 20 ölkə əlaqələri tamamilə dayandırıb və ya məhdudlaşdırıb.

Şimali Koreyanın diplomatları demək olar ki, bütün ölkələrdən çıxarılıblar. 42 illik dostluq münasibəti olan Portuqaliya belə Şimali Koreya ilə diplomatik əlaqələrə son verib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR