Dünən Dubayda “Baku Caf Dubai” restoranının açılış mərasimi baş tutub.
Publika.az xəbər verir ki, restoranın dizaynı ilə ukraynalı dizayner Denis Belenko məşğul olub. Müasir interyerdə Azərbaycan milli mətbəxinin bənzərsiz, gözəl və mükəmməl təamları təklif edilir. Məhsullar oraya birbaşa Bakıdan aparılır.
Qeyd edək ki, BƏƏ-də restoran açmaq ideyası məhz son bir neçə ildə Bakıda tez-tez qonaq olan əmirliklərin sakinləri tərəfindən gəlib. Odur ki, yaxın bir neçə ildə Avropa və ABŞ-da da “Baku Cafe” restoranlar şəbəkəsinin açılışı planlaşdırılıb.
Restoranın açılışında Dubay əmiri və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri Məhəmməd bin Rəşid Al Məktum da iştirak edib.
Heyrətamiz “RAST Band” qrupu ilə qonaqları salamlayaraq onlar üçün Azərbaycanın xalq mahnılarını ifa edib.
Aytən