Ötən 9 ay ərzində Azərbaycanda qadın sahibkarlara 5,4 milyon manat güzəştli kredit verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qadın sahibkarlığa həsr olunmuş tədbirdə deyib.

Nazir müavini bildirib ki, bu kreditlər 164 qadın sahibkara təqdim edilib:

"Bu günə qədər təqribən 4 min qadın sahibkara 90,4 milyon manat dəyərində güzəştli kredit verilib".

Milli.Az