Rusiya və Türkiyə turizmin inkişafına dair yeni hökumətlərarası saziş hazırlayırlar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov bildirib.
Onun sözlərinə görə, oktyabrın 26-da Antalyada Rusiya və Türkiyə arasında turizmin inkişafı üzrə işçi qrupunun 11-ci iclası keçirilib.
“Biz 2017-ci il üzrə turizm mövsümünün ilk nəticələrini müəyyənləşdirdik. Türkiyədə təhlükəsizlik məsələlərini, sanitar-epidemioloji vəziyyəti, Qara dəniz regionunda ölkələrimiz arasında kruiz turizminin inkişafı, regionlararası əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik”, - deyə o bildirib. İclasın yekunlarına dair protokol imzalanıb.
“Rusiya və Türkiyə arasında turizmin inkişafına dair yeni hökumətlərarası saziş hazırlayırıq. Əvvəlki saziş 1995-ci ildə imzalanıb, o vaxtdan 22 il keçib və hazırda turizmin inkişafını şərtləndirən amillər nisbətən fərqlidir”, - deyə deyə Safonov qeyd edib. (apa)