"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Perezin etimadnaməsini qəbul edib.




