Somalinin paytaxtı Moqadişoda "Naasa Hablood 2" mehmanxanasının yaxınlığında partlayış baş verib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.
Hal-hazırda Somali təhlükəsizlik qüvvələri və terrorçular arasında qarşıdurma davam edir.