Türkiyədə Aksaray - Konya avtomobil yolunun 8-ci kilometrində zəncirvari qəza baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qum fırtınası səbəbindən 20 avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, daha 22 nəfər isə yaralanıb.

Yaralananlar xəstəxanalara yerləşdirilib. Yolda hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin