Somalinin paytaxtı Moqadişuda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 30-dan çox adam yaralanıb.

Hadisə prezident sarayının yaxınlığında yerləşən mehmanxananın yanında baş verib. Terrorçu-intiharçı avtomobildə yerləşdirilən partlayıcı qurğunu işə salıb.

Partlayışlara görə məsuliyyəti "Əş-Şabab" radikal qruplaşması üzərinə götürüb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin